Bu gün:

Ən yaxşı boşanma metodu budur - 5 əsas qayda

Ən yaxşı boşanma metodu budur

 

Boşanma mediatorunu seçmək ər-arvadın boşanma mediasiyası müddətindən əvvəlində birlikdə etdikləri ilk razılaşmadır. Bu, tərəflərin  boşanma zamanı verdikləri ən vacib qərarlardan biri olacaqdır.

Mediasiya.az xəbər verir ki, doğru ailə mediatorunu seçərkən üzərində düşünülməli olan bir çox məqam var. Aşağıda boşanma meediatoru seçməzdən öncə ər-arvadın düşünməli olduğu beş əsas  keyfiyyəti verilib.

#1 - Etimad

İnandığınız mediator seçin.

Ailə mediatoru seçilməsində ən vacib məqam bu müddətdə sizə rəhbərlik edəcəyinə inanmağınızdır. Mediasiya zaman yüksək emosiannallıq ola bilər. Uşaqlarınız varsa, ailənizin gələcəyi ilə bağlı məsələləri müzakirə edərkən daha dərin düşüncələr olacaqdır. Buna görə də, mediatorunuz  bir insan və bir peşəkar kimi yanında özünü rahat hiss etdiyiniz biri olmalı.

Bundan əlavə ,siz mediatorun prosesi aparma şəklinə də güvənməlisiniz.Mediatorunuz proses boyunca istifadə etdiyi yanaşmanı təsvir edə bilməlidir. Mediatorunuzdan onun hansı mediasiya etik standartlarına riayət etdiyini soruşun. Əminliklə verilən cavab, ehtimal ki, müsbət bir işarədir.

#2 – Sırf ailə mediasiyası təcrübəsinə malik olma

Mediatorun təcrübə sahəsinin boşanma və ailə mediasiyasına aid olmasını yoxlayın. Effektiv bir ailə mediatoru praktiki təcrübəsi sayəsində bu qədər bacarıqlı olur. Boşanma zamana tərəflərə kömək etmək üçün uğurlu mediator fərqli bacarıqlara və xüsusi biliyə malik olmalıdır.

#3 – Mübahisələrin həlli və mediasiya üzrə təhsil

Əmin olun ki, Mediatorunuzun mübahisələrin həlli və mediasiya üzrə təhsili olub.Bu çox mühüm rol oynayır. Mediatorunuz mediasiya sahəsində nə kimi təhsil alıb? Əgər cavab “40 saatlıq təlim kursu”dursa,qırmızı bayraq qaldırmalısınız.

Əgər cavab “Mən vəkiləm, xüsusi təlimə ehtiyacım yoxdur”sa yenə də uzaqlaşın.

Bundan əlavə mübahisələrin həllinə qanuni yanaşma da faydalı ola bilər.Sizin mediatorunuz ikinizə də obyektiv hüquqi məlumat verəcək.  İnsanların davranışını ,uşaqların inkişafını və psixologiyanı anlamaq faydalı keyfiyyət ola bilər.

#4 – Mediasiya prosesi ilə əlaqəli olmaq

Mediatorun müştərilərinin və yaşıdlarının ona hörmət edib etməməsini araşdırın.

Mediatorun vəziyyətinin bir göstəricisi də  konfliktlərin həlli və medaisiyaya dair məqalələr dərc  etdirməsidir.

Sizin seçdiyiniz mediator mediasiya barədə məqalə yazıb? Bacarıqlı mediator onun mediasiya prosesinə  yanaşmasını əks etdirən məqalələr yazır və dərc elətdirir.

Yerli və milli təşkilatlara və birliklərə cəlb olunma, vasitəçinin, xüsusən də rəhbərlik vəzifələrində çalışdıqları zaman  inkişafı üçün  sərmayə qoymasının bir başqa göstəricisidir.

#5 -  Prosesin ödənişi

Mediaiya prosesinin qiyməti həmişə vacibdir. Yaxşı xəbər budur ki,əgə siz vəkil yox, mediator axtarırsınızsa, 80-90% büdcənizə qənaət etmiş olursunuz .Ən aşağı qiymətli mediatoru axtarmaq  sizin seçiminizin əsas meyarı olmamalır. Əgər siz saata görə ödəniş tələb edən mediator seçsəniz, onun vaxt məsləsində dəqiq və ədalətli olacağına əmin olmalısınız.

Ümumiyyətlə, boşanma mediatorunu boşanma yolu olaraq seçməyiniz, sizi və ailənizi böyük maddi və emosional stresdən qurtarır.

Artıq bu 5 əsas meyar sayəsində sizə nece bir mediatorun lazım olduğunu bilirsiniz. Nəticədə mediator seçiminiz və mediasiya prosesiniz uğurlu olacaq.

Qeyd: Əgər hər hansı problem və onun həlli istiqamətində uğur qazanmaq istəyirsizsə Ölkəmizdə ilk peşəkar və lisenziyalı Mediatorlardan olan İlkin İbrahimov a müraciət edə bilərsiz. Əlaqə nömrəsi : 070-290-13-57

Tərcümə etdi: Nərminə Hüseynzadə

Şikayətlərinizi yazin

Telefon: +994 70 290 13 57 (Nömrənin üzərinə klikləyərək "Whatsapp"da yaza bilərsiniz)

Facebook: Mubahise.az

Instagram: Mubahise.az

Youtube: Mubahise.az

Email: info@mubahise.az

A- A A+