Bu gün:

Gənc hüquqşünaslar üçün təcrübə proqramı- Təhsil sektorunda vətəndaşlara xidmət sahəsi üzrə

Gənc hüquqşünaslar üçün təcrübə proqramı-

Təhsil sektorunda vətəndaşlara xidmət sahəsi üzrə gənc hüquqşünaslar üçün təcrübə proqramı.

Mubahise.az  Təhsil Nazirliyinin nümayəndəsi Səbuhi Rzayevin elanını təqdim edir.

Hüquq ixtisası üzrə ali məktəbin son kursunda təhsil alan bakalavr və magistr tələbələrini, yeni məzunları, öyrənməyə və təcrübə qazanmağa həvəsi olan gənc, yaradıcı hüquqşünasları təhsil sektorunun vətəndaşlara xidmət sahəsində təcrübə keçməyə dəvət edirik.

Müsahibə nəticəsində seçilmiş təcrübəçilər 3 ay müddətində keçiriləcək Təcrübə Proqramı çərçivəsində vətəndaşlara xidmət, vətəndaş müraciətlərinin cavablandırılması və təhsil sahəsində hüquqi maarifləndirilmə istiqamətində fəaliyyət göstərməklə təhsil qanunvericiliyi ilə tanış olmaq və həmin proseslərdə yaxından iştirak etmək imkanı əldə edəcəklər.

İlkin mərhələdə təcrübə proqramına cəlb olunan gənc hüquqşünaslar arasında fərqlənən, uğurlu olan namizədlər bu sahədə işlə təmin olunmaq şansı əldə edəcəklər.

Təcrübə Proqramına qoşulmaq istəyən namizədlərdən öz CV-lərini 6 noyabr 2021-ci il tarixinədək “Təcrübə proqramı” başlığı (subject) ilə Cv@edu.gov.az elektron poçtuna göndərmələri xahiş olunur.

A- A A+