Bu gün:

Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub - AZAL rəsmisi- əməkdaşlar əlbəyaxa deyil, söz davasına çıxdığını deyib.

Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub

Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

Mubahise.az  Report-a istinadən xəbərinə görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib. A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.

İnsidentə polis müdaxilə edib. Hazırda fakt araşdırılır.

***

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olmasına münasibət bildirib.

Mətbuat katibi Paşa Kəsəmənski vəzifəli əməkdaşlar əlbəyaxa deyil, söz davasına çıxdığını deyib.

 

A- A A+