Bu gün:

Gömrük Komitəsi “Azercell”i məhkəməyə verdi

|| Oxunma: 310

Gömrük Komitəsi “Azercell”i məhkəməyə verdi

Dövlət Gömrük Komitəsi "Azercell"i məhkəməyə verib.

"Mübahisə"nin məlumatına görə, mobil operator şirkəti ölkə ərazisinə gətirdiyi malları bəyan etməməkdə təqsirli bilinir.

Artıq şirkət barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Murad Məmmədovun sədrliyi ilə baxılacaq.

İddia təsdiqini taparsa, "Azercell"i 1500 manatadək cərimə gözləyir. 

A- A A+