Bu gün:

"Günay Sığorta" ASC Hadisələrin araşdırılması üzrə mütəxəssis axtarır

"Günay Sığorta" ASC Hadisələrin araşdırılması üzrə mütəxəssis (Sumqayıt, Saray, Ceyranbatan, Z. Tağıyev, Zarat, Novxanı, Xızı, Giləzi) vəzifəsinə işçi axtarır:

Namizədə tələblər:

-Yaş: 23-35;

-Cinsi: kişi;

-Təhsil: Orta;

-İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir.

-Dil bilikləri: Azərbaycan (əla);

-B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;

-Mütləq şəxsi avtomobili olmalı;

-Namizədin yaşayış yeri: Sumqayıt şəhəri;

-Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışı olan.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

-Yol nəqliyyat hadisələrinə baxış keçirtmək və qəza hadisəsini yerindəcə araşdırmaq;

-Hadisənin foto və video çəkilişlərini aparmaq;

- Hadisəni rəsmiləşdirmək;

- Sığorta hadisəsi ilə bağlı şirkətin müvafiq proqramında məlumatları işləmək.

Əmək haqqı: 500-600 AZN

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni hr@gunaysigorta.az ünvanına göndərsinlər.

A- A A+