Bu gün:

“Günay Sığorta” şikayət yayımladıqdan sonra hərbçinin problemini həll etdi

“Günay Sığorta” şikayət yayımladıqdan sonra hərbçinin problemini həll etdi

“Günay Sığorta” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinin şikayəti yayımlandıqdan sonra problemi həll edib.

Mubahise.az-a müraciət edən hərbçi Mürsəliyev Sidqi Balamirzə oğlu bildirmişdi ki, şirkət sığorta hadisəsi zamanı ona dəymiş zərərin ödənilməsindən imtina edib.

“Günay Sığorta” şirkətindən məsələ ilə bağlı Mubahise.az-a bildirilib ki, zərər məbləği qanunvericiliyə uyğun olaraq təyin olunan ekspert tərəfindən aparılıb. Artıq zərərçəkənin avtomobili şirkətin əməkdaşlıq etdiyi avtomobil təmiri müəssisəsinə yönləndirilib. Şirkət tərəfindən zərərçəkən ilə əlaqə saxlanılıb və zərərçəkən şirkətdən heç bir narazıçılığının olmadığını bildirib.

A- A A+