Bu gün:

İcbari Sığorta Bürosuna yeni sədr müavini seçildi

|| Oxunma: 1698

İcbari Sığorta Bürosuna yeni sədr müavini seçildi

Dekabrın 10-da İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının Himayəçilər Şurasının yeni üzvlərinin seçilməsi ilə bağlı yığıncağı keçirilib.

Mubahise.az xəbər verir ki, “Xalq Sığorta” ASC-nin İdarə heyətinin sədr müavini Mətanət Nərimanlı,  “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova və “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev Himayəçilər Şurasının üzvləri seçilib.

Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev və Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvü təyin edilib.

24 dekabr 2021-cı il tarixində Mərkəzi  Bankın Baş direktoru Ziya Əliyev İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri, “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev isə sədr müavini seçilib.

Qeyd edək ki, Büro ali idarəetmə orqanı olan Himayəçilər Şurası və icra orqanı olan İcraçı direktor tərəfindən idarə olunur. Şuranın üzvləri maliyyə bazarlarına nəzarət orqanının iki, iştirakçı sığortaçıların isə üç nümayəndəsindən formalaşır.

A- A A+