Bu gün:

İki kişi qadını döyərək zorladı - Sabirabadda dəhşət

İki kişi qadını döyərək zorladı

Sabirabad rayonunda qadının iki həmkəndlisi tərəfindən döyülərək zorlanması faktı ilə bağlı cinayət işi başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini Nəzrin Ağayeva (şərti) polisə müraciət edərək bildirib ki, iyunun 12-də evdə olarkən iki kənd sakini qapını sındıraraq evə zorla girib:

“Kənd sakinləri F. Əmrahov və Ə. Əmrahov evə girib məni döyməyə başladılar. Yalvarışlarıma məhəl qoymayaraq paltarımı cırıb məni zorladılar. F. Əmrahov mənimlə zorla cinsi əlaqədə olduğu vaxt da döyərək fiziki işgəncə verirdi. Daha sonra Ə. Əmrahovu çağırıb dedi ki, “sən də bunu zorla”. O da məni döyərək zorla cinsi əlaqədə oldu. Sonra çıxıb getdilər”.

N. Ağayeva qeyd edib ki, üç gün sonra özünə gələrək polisə müraciət edib: “Məni ekspertizaya göndərdilər, ekspert döyüldüyümü və zorlandığımı təsdiqlədi”.

Məsələ ilə bağlı Sabirabad Rayon Prokurorluğundan ‘’Qafqazinfo’’nun sorğusuna cavab olaraq bildirilib  ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 149.1-ci (zorlama) maddəsiylə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, 12 yaşlı oğlu ilə birgə yaşayan qadın mağazaların birində xadimə işləyir.

 

A- A A+