Bu gün:

İlkin mediasiya sessiyasına müraciət qaydası

İlkin mediasiya sessiyasına müraciət qaydası

İlkin mediasiya sessiyasına müraciət qaydası nədən ibarətdir?

Mubahise.az xəbər verir ki, tərəflərdən biri digər tərəfə poçt vasitəsilə mediasiya prosesinin tətbiqi barədə yazılı formada məlumatları (tərəflərin adları, qeydiyyat (varsa yaşayış) ünvanı, işlək telefon nömrəsi (varsa elektron poçt), mübahisənin predmeti, xərclərin ödənilməsi şərtləri və qaydası, əgər tərəflər arasında digər razılaşma yoxdursa, mediasiyanın keçirilməsinin məxfiliyi haqqında tərəflərin öhdəlikləri və həmin öhdəliyə əməl etməməyə görə məsuliyyət), həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı vardırsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklif göndərir (təklifin formasını saytdan əldə edə bilərsiniz). 10 iş günü keçdikdən sonra, tərəflərin hər ikisi könüllü qaydada təklif olunan mediatora müraciət etmədikdə, tərəflərdən hər biri mediator təyini üçün Şuraya müraciət edə bilər. Vətəndaş qeydiyyat üçün aşağıdakı sənədləri Şuraya göndərməlidir. 

1. Təklifin 1 nüsxəsi;

2. Poçtdan təklifin gondərildiyini təsdiq edən qəbz (mediasiya təklifi edilən şəxs müraciət etdikdə bu sənədə ehtiyac qalmır);

3. Ərizə (ərizə formasını mediasiya.org saytından əldə edə bilərsiniz)

Sənədləri poçt (Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 21 AZ1007) və ya elektron poçt (muraciet@mediasiya.org) vasitəsi ilə göndərə bilərsiniz.

Qeyd: Təklif məktubu, qəbz və ərizədə mütləq imza olmalıdır.

Qeydiyyat aparıldıqdan sonra Şura tərəfindən mediator təyin olunur və məlumatlar mediatora yönləndirilir, mediator özü vətəndaş ilə əlaqə saxlayır.

Əlaqə nömrələri: +994 (50) 272 66 52; +994 (55) 931 66 86; +994 (55) 931 66 87

Mediasiya Şurası sənədləri:

Mediasiya prosesinin tətbiqi barədə təklif (ilkin mediasiya sessiyasının keçirilməsinin məcburi olmadığı işlərdə)

Mediasiya prosesinin tətbiqi barədə təklif (ilkin mediasiya sessiyasında iştirak məcburi olduqda)

Mediasiya üçün müraciət ərizəsi

 

Qeyd: Qarşı tərəflə birgə, könüllü halda mediator məsələsində razılığa gəlmək mümkün olduqda  mediatorlardan birinə (məsələn mediator İlkin İbrahimova qeydiyyat nömrəsi M-00012) müraciət edə bilərsiniz. +994(70)290 13 57

A- A A+