Bu gün:

İlqar Məmmədov öz pulunu mənimsəməkdə ittiham edilir - Şikayətçi Cahangir Əsgərovun arvadı Zərifə Həmzəyevadır

İlqar Məmmədov öz pulunu mənimsəməkdə ittiham edilir

AZAL prezidenti Cahangir Əsəgərovun həyat yoldaşı Zərifə Həmzəyeva "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar Məmmədovu həbs etdirib.

Mubahise.az-ın əldə etdiyi xəbərə görə, Z.Həmzəyevanın şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.

İlqar Məmmədov şirkətin sahibi olduğu zaman qazandığı pullarla özünə ev, maşın alıb. Bu gün isə istintaq İlqar Məmmədovun miqdarı 680 min manat olan öz pulunu mənimsəməkdə ittiham edir.

Cinayət işi materiallarında göstərilir ki, İlqar Məmmədov ofisin divanlarını yudurtmasına xərclənən pulu mənimsəyib. Hazırda "Adore" şirkəti "İdeal"ın hüquqi varisidir. Varis də şirkətin mənfəətinə sahib çıxdığı kimi, öhədliklərinə də sahib çıxıb. "Adore" şirkətinin sahibi Zərifə Həmzəyeva bu səbəbdən iddia edib ki, 2013-2015-ci illərdə İlqar Məmmədovun şirkətin sahibi olarkən qazandığı pulları düzgün xərcləmədiyi üçün bu gün mənfəət az qalıb.

İ.Məmmədov bundan öncə də həbs edilmişdi, həmin zaman şirkətin səhmlərini "Adore" şirkətinə verdikdən bir gün sonra azadlığa buraxılmışdı.

Daha sonra mənfəətin bölüşdürülməsi üçün proses başlanmışdı. Bu zaman İlqar Məmmədova 800 min manat, 56 milyon manat isə Zərifə Həmzəyevanın sahibi olduğu "Adore" şirkətinə ayrılıb. Bu bölgü ilə razılaşmayan İlqar Məmmədov məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsində məhkəməni udan İlqar Məmmədov bunun ardınca yenidən həbsdə göndərilib.

O, Cinayət  Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. İlqar İsmayılov barəsində aprelin 5-də Binəqədi Rayon Məhkməsinin qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

A- A A+