Bu gün:

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avrozonanın sənaye sektorunda biznes aktivliyinin proqnozlaşdırılanın əksinə olaraq artması, gələcəyə dair ümidləri də artırır. Eləcə də, dollar indeksinin ucuzlaşması fonunda EURUSD cütlüyündə eniş tendensiyası səngiyib. 1.18$ həddinin altında qala bilsə, eniş tendensiyası 1.16$-a kimi davam edə bilər.

GBP

İngiltərədə ticarət dövriyyəsinə dair göstəricilərin proqnozlaşdırıldığından yaxşı açıqlanması fonunda GBPUSD valyuta cütlüyünün bahalaşdığının şahidi oluruq. Lakin artım tendensiyası divergensiya ilə müşahidə olunur. Qiymət 1.38$ səviyyəsinin altında qaldıqca, 1.36$-a kimi ucuzlaşa bilər

TRY

USDTRY məzənnəsində artım tendensiyası qorunur. Qiymət 8.57 həddini qırsa, 8.63 və 8.69 hədlərinə qədər bahalaşa bilər.

OIL

Ötən həftə 74$ həddini test edən Brent nefti hazırda beynəlxalq enerji birjalarında 73$-dan təklif olunur. Bir barel üzrə qiymət 75$-ı qırarsa, 80$-a çata bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Dollar indeksində yaşanan enişlər əlvan metallar bazarlarında da böhran maliyyə aləti kimi qızıla olan tələbi artırıb. Lakin dollarda bahalaşma güclənərsə, qızılın da təzyiq altında qalacağı ehtimal edilir. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1798$ həddini qıra bilsə, 1786$ və 1773$-a kimi ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

A- A A+