Bu gün:

“Kapital Bank”da müştəri özünü yandırdı

|| Oxunma: 1235

“Kapital Bank”da müştəri özünü yandırdı

“Kapital Bank”ın baş ofisində müştəri özünü yandırıb.

Mubahise.az xəbər verir ki, hadisə yanvarın 31-i saat 17 radələrində baş verib. Bankın müştərisi olan, 2000-ci il təvəllüdlü Elməddin Nəsirov kartının bloka düşdüyünü bildirib və onun blokdan çıxarılmasını istəyib. Lakin onun xahişi yerinə yetirilməyib.

Buna etiraz olaraq E.Nəsirov baş ofisin içərisində üstünə benzin töküb və özünü yandırmağa cəhd edib. Onun özünü tam yandırmasının qarşısı alınıb və həmin şəxs polis şöbəsinə təhvil verilib.

A- A A+