Bu gün:

Kəmaləddin Heydərov 200 min hektardan çox torpaq sahəsi olduğunu - ELAN ETDİ

Kəmaləddin Heydərov 200 min hektardan çox torpaq sahəsi olduğunu

 

Azərbaycanın Fövəqadə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təkcə kənd təsərrüfatı təyinatlı torpaqlarının 200 min hektardan çox olduğunu açıqayıb.

Mubahise.az xəbər verir ki, K.Heydərova məxsus “Gilan Holdinq” “Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi”ndə iştirak etmək üçün qeydiyyatdan keçib.

Bu zaman “Gilan Holdinq” bəyan edib ki, holdinqə daxil olan şirkətlərdən biri, yəni “Gilan Kənd Təsərrüfatı Qrupu” Azərbaycanda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı, və satışıüzrəfəaliyyəti göstərərək,ölkədəərzaq məhsullarının çeşidlərinin genişləndirilməsində mühüm rol oynayır: “İstehsal etdiyimiz məhsul çeşidlərinə yüksək keyfiyyətli taxıl, soya, müxtəlif heyvandarlıq məhsulları, xam pambıq və pambıq lifi, pambıq yağı, qoz-fındıq, su, nar, alma, eləcə də üzüm və digər meyvə-tərəvəzlər daxildir. Portfelimiz Respublikamızda 200 000 hektardan çox əkin sahələrinə malikdir və 5000 nəfərdən çox işçiheyəti ilə fəaliyyət göstərir”.

Qeyd edək ki, bu açıqlanan rəqəmlər yalnız holdinqə daxil olan bir şirkətin və yalnız kənd təsərrüfatı üçün ayrılan torpaq sahələridir.









A- A A+