
Kəmaləddin Heydərov “Azsığorta”nın rəhbərini işdən çıxartdı
|| Oxunma: 6465

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “Azsığorta”nın İdarə Heyətinin sədri işdən çıxarılıb.
Mubahise.az-ın şirkətdən əldə etdiyi məlumata görə, sədr Natiq Namazov şirkət sahibinin qərarı ilə vəzifədən azad olunub.
O, bu vəzifəyə 2019-cu ilin dekabrında təyin edilib. Ondan əvvəl isə “Azsığorta” sahiblərinə məxsus “AFB Bank”ın idarə heyəti sədrinin müavini olub. Bank və sığorta şirkəti fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova məxsusdur.
***
AZSIĞORTA ASC-dən bildirilib ki, hazırda İdarə Heyətinin sədri Natiq Namazov öz vəzifəsinin icrasını davam etdirməkdədir.