Bu gün:

Köhnə maşınların istifadəsinə qadağa qoyulur - Təkliflər hazırlanır

|| Oxunma: 355

Köhnə maşınların istifadəsinə qadağa qoyulur

Bu ilin iyun ayının 1-dək istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair təkliflər hazırlanacaq.

Mubahise.az xəbər verir ki, qeyd olunan məsələ “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə əks olunub.

Müvafiq təkliflərin hazırlanması Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat və Maliyyə nazirliklərinə həvalə olunub.

Bununla yanaşı, cari ilin birinci rübünün sonunadək Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə onların, o cümlədən sürətli enerji doldurucu qurğu və avadanlıqların gömrük idxal rüsumlarına əlavə güzəştlərin tətbiqi imkanları qiymətləndiriləcək.

Xatırladaq ki, ötən ilin sonunda DGK-nin sədri Səfər Mehdiyev ekoloji tələbləri nəzərə alaraq istehsalı 7 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsi zamanı onlara daha yüksək rüsumların tətbiq edilməsinin təklif olunduğunu bildirmişdi.

A- A A+