Bu gün:

“Kontakt Home”da külli miqdarda yeyinti aşkarlandı - Araşdırma başladı

“Kontakt Home”da külli miqdarda yeyinti aşkarlandı

“Kontakt Home” mağazalar şəbəkəsində yoxlama zamanı külli miqdarda yeyinti aşkarlanıb.

Mubahise.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi özəl məlumata görə, bununla bağlı brendi yaradan “ABC Telecom” MMC polisə müraciət edərək məlumat verib.

MMC-nin hüquqşünası Vurğun Quliyev bildirib ki, aparılan yoxlamalar zamanı külli miqdarda mənimsəməyə yol verildiyi aşkarlanıb. Şirkətin iddiasına görə, 2021-ci ilin aprelindən iyulun 18-dək Nəsimi rayonu, A.Mustafayev küçəsi 8a ünvanında yerləşən anbardan 123 999 manatlıq məhsul aparılıb.

Belə ki, “Kontakt Home” şirkətinin anbardarı – Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Elnur Salamzadə mağazadan qeyd edilən məbləğdə 53 ədəd televizoru götürüb mənimsəməkdə ittiham edilir.

“Kontakt Home” rəhbərliyinin müraciəti əsasında Nəsimi RPİ 20-ci Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, "Kontakt Home" mağazalar şəbəkəsi "ABC Telecom"undur. “Kontakt Home” bir əmtəə nişanıdır və bu əmtəə nişanı “ABC-Telecom” MMC-yə məxsusdur.

A- A A+