Bu gün:

Könüllü həyat sığortası bazarı 2020-ci ilə nisbətdə 27.9% artıb

|| Oxunma: 1270

Könüllü həyat sığortası bazarı 2020-ci ilə nisbətdə  27.9% artıb

Azərbaycanda könüllü həyat sığortası bazarı 2021-ci ildə 69.81 mln. manat, yaxud 27.9% artıb.

Bu barədə Mubahise.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Könüllü həyat sığortasının həcmi 319.6 mln. manat təşkil edib.

Həyat sığortası üzrə yığımların 272.92 mln. manatı həyatın yaşam sığortası, 41.95 mln. manatı həyatın ölüm halından sığortası 3.78 mln. manatı əmək qabiliyyətinin sığortası və 0.94 mln. manatı isə sağalmaz xəstəliklərdən sığortası təşkil edib.

Həyat sığortası üzrə ödənişlər isə 235.71 mln. manat olmuşdur.

  1. “Paşa Həyat” Sığorta Şirkəti ASC – 313.01 mln manat
  2. “Atəşgah Həyat” Sığorta Şirkəti ASC – 44.06 mln manat
  3. “Qala Həyat” Sığorta Şirkəti ASC – 19.23 mln manat
  4. “Xalq Həyat” Sığorta Şirkəti ASC – 6.3 mln manat
  5. “Meqa Həyat” Sığorta Şirkəti ASC – 0.52 mln manat

A- A A+