Bu gün:

Kriz anını gözləməyə ehtiyac yoxdur -Mediasiya

Kriz anını gözləməyə ehtiyac yoxdur

Kriz anını gözləməyə ehtiyac yoxdur

Mediasiyanın  qlobal siyasi arenada  ziddiyyətli və optimal olmayan münasibətlərin yüksəldilməsində son dərəcə təsirli olduğu sübuta yetirildiyindən, vasitəçilik iş dünyası üçün  aktuallaşşdır. Qlobal iş birliyi artıq uzun və bahalı məhkəmə işləri əvəzinə mübahisələrin həlli üçün bir seçim olaraq mediasiyadan geniş şəkildə istifadə edir. Yaxın Şərqdəki son, ilhamverici nümunələrdən sonra, tərəflərin mövcud əlaqələrin keyfiyyətini yüksəltmək üçün ən çox mediasiyadan kömək istəmələri məqbul görünür. Belə şəraitdə vasitəçilik, iştirak edən bütün tərəfləri üçün olduqca səmərəli bir platformadır .  Bununla birlikdə ən mürəkkəb mübahisələrin həllinə gəldikdə bəzən prosesin bəzi üstünlüklərindən hələ də istifadə edilmir.

  Normallaşma sazişləri mediasiyanın maneələrin aradan qaldırılması üçün ən sürətli və ən təsirli yol kimi istifadə edilməsinin üstünlüklərini nümayiş etdirdiyindən  bəzi tərəflərin niyə hələ də münaqişə öncəsi mərhələlərdə münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik etməkdən çəkindiklərini düşünə bilərsiniz.  Belə bir vəziyyətdə peşəkar bir mediatordan kömək istəməməyi seçənlər, ehtimal ki, problemlərin əlavə səy göstərmədən özləri tərəfindən həll ediləcəyinə ümid edirlər. Təəssüf ki, biznes və həyatın digər sahələrindəki bir çox problem aradan qalxmır və  ümumiyyətlə böyüməyə meyllidir.   Səhmdarlar, iş ortaqları və ya idarə heyəti üzvləri arasındakı münasibətlər öz fəaliyyətlərində  uğur əldə etmə  şansına maneə törədə biləcək dərəcədə  çətin və gərgin ola bilər.  Belə vəziyyətlərdə bacarıqlı bir mediator tərəflərin təşkilatlarının  fəaliyyətini uzun müddətə yaxşılaşdıran daha yüksək bir ünsiyyət səviyyəsinə çatmasına kömək edə bilər.

Mubahise.az saytı üçün tərcümə etdi : Nərminə Hüseynzadə

A- A A+