Bu gün:

"Mediasiya haqqında" qanunun icrası yenə təxirə salınır

Azərbaycanda “Mediasiya haqqında” qanunun icrası növbəti dəfə təxirə salınıb.

Mubahise.az xəbər verir ki, bununla bağlı Milli Məclisə qanuna dəyişiklik edilməsi barədə təklif layihəsi daxil olub.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597) 39-cu maddəsində “2020-ci il yanvarın 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilsin.

Beləliklə, yanvarın 1-dən icrasına başlanılması gözlənilən mediasiya prosesi gələnil iyulun 1-dək təxirə salınıb.

Bundan öncə isə 2020-ci ilin iyulun 1-də icra edilməsi planlaşdırılırdı. Lakin yanvarın 1-dək təxirə salınmışdı.

A- A A+