Bu gün:

Mediasiya ilə bağlı bəzi xatırlatmalar - Qasım Şalıyev

Mediasiya ilə bağlı bəzi xatırlatmalar

İyul ayının 26 dan 3 kateqoriya- ailə, əmək və kommersiya mübahisələrinə dair işlər üzrə ilk öncə məcburi ilkin mediasiya sessiyasında iştirak Mediatorlara diqqəti artırıb. 

Mubahise.az xəbər verir ki, Mediator Qasım Şalıyev bəzi detalları açıqlayıb. 

 MPM-də Mediasiya ilə əlaqədar normaların qüvvəyə minməsi ilə əlaqədar kiçik bəzi xatırlatmaları Sizinlə paylaşmaq istəyirəm.

Bildiyimiz kimi, 3 kateqoriya- ailə, əmək və kommersiya mübahisələrə dair işlər üzrə ilk öncə məcburi ilkin mediasiya sessiyasında iştirak olunmalıdır.

Bununla bağlı Mediasiya haqqında qanunda müəyyən prosedur nəzərdə tutulmuşdur.

1. Tərəf qarşı tərəfə mediasiya təklifi göndərərək hazırki məsələ üzrə konkret mediator və ya mediasiya təşkilatını təklif edir. (hazırda bizdə mediasiya təşkilatı qeydiyyatdan keçməyib)
2. İlkin variant budur ki, qarşı tərəf bu təkliflə razılaşır, bu halda təklif olunan mediator və ya təklfi olunan mediasiya təşkilatının təyin etdiyi mediator ilkin mediasiya sessiyasını keçirir.
3. İkinci variant budur ki, qarşı tərəf susur, ya da imtina edir və ya təklif olunan mediator/mediasiya təşkilatına etiraz edir.

Bu halda, tərəflərdən hər hansı biri aidiyyəti məhkəmə ilə eyni şəhər/rayonda yerləşən mediasiya təşkilatına, həmin şəhər/rayonda mediasiya təşkilatı yoxdursa, yaxın inzibati ərazidə yerləşən mediasiya təşkilatına müraciət edir. Bu yolla, qısa desək, mediasiya mümkün olmadıqda, Mediasiya Şurası bu işə mediator təyin edir. Hazırda mediasiya təşkilatı olmadığı olmadığı üçün bütün müraciətlər Mediasiya Şurasına edilir, lakin bu keçid dövrünə görədir.

Həm Mediasiya Şurasına, həm də gələcəkdə mediasiya təşkilatlarına (mediasiya.org) sayt vasitəsilə elektron qaydada müraciət oluna biləcəyi kimi, kağızdayıcı formada yazılı da müraciət oluuna bilər. Müraciətdə mübahisənin qısa məzmunu, mediasiya ilə bağlı təklifləriniz (mediatorun təcrübəsi, dil bilgisi, mediasiyanın vaxtı) barədə yaza bilərsiniz. Həm Şuranın saytındaki elektron müraciət, həm də Şuranın təsdiqlədiyi sənəd formaları bu baxımdan dolğun məzmuna malikdir.

4. a) İlkin Mediasiya Sessiyasında tərəflərdən biri iştirak etmədikdə, tərəfə verilən sənəd : İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış

b) İlkin Mediasiya Sessiyasında tərəflərdən hər iki iştirak edib, tam mediasiya sessiyasına razı olmadıqda, tərəflərə verilən sənəd : İlkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə  bilməməsi barədə arayış

bu iki halda arayış alınıb məhkəməyə gediləcək.

5.  İlkin Mediasiya Sessiyasında tərəflərdən hər iki iştirak edib və tam mediasiya sessiyasına razı olduqda, Mediasiyanın tətbiqi barədə müqavilə bağlanılacaq və Tam mediasiya sessiyası olacaq.
Bu halda, yenə iki variant mümkündür:
Tərəflər barışıq sazişi imzalaya bilərlər. Bu zaman, sabah tərəf həmin barışıq sazişini icra etmədikdə, MPM-ə salınan yeni fəsilə əsasən, tərəf məhkəməyə müraciət edəcək və məhkəmə mediasiyada bağlanılan barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxaracaq.

Tərəflər tam mediasiyada barışıq sazişinə nail olmaya da bilərlər. Bu halda Mediasiyaya xitam protokolu əsasında tərəflər Məhkəməyə ümumi qaydada müraciət edə biləcək.
6. Ödənişlər barədə..İlkin Mediasiya Sessiyasının dəyəri NK tərəfindən təsdiqlənmişdir. Əmək və Ailə mübahisələri üzrə 50 manat, kommersiya mübahisələri üzrə iddianın məbləğindən asılı olaraq 20 manatdan 400 manata kimi. 

Tərəflər tam mediasiya barədə razılaşsalar, bu halda tam mediasiya üzrə mediatorun haqqı mediator-tərəflər arasında qarşılıqlı razılıqla müəyyən ediləcək.

İstər ilkin mediasiya sessiyasının haqqı, istər də tam mediasiya haqqı, Tərəflər öz aralarında ayrı qayda müəyyən etməyiblərsə, bərabər nisbətdə ödənilir. Kimin az və ya çox ödəməsi Mediatorun neytrallığına və qərəzsizliyinə təsir etməyəcək.

7. İlkin mediasiya sessiyasında əsas olaraq bir məsələ razılaşdırılır: Tərəflərin tam mediasiyaya gedib-gedilməməsinin müəyyən edilməsi.

Barışıq sazişi yalnız Tam mediasiya sessiyasında bağlanıla bilər.

 

Əlavə suallarınızı 0702901357 watsappa ünvanlaya bilərsiniz

 

A- A A+