Bu gün:

İlkin mediasiya sessiyasına necə müraciət etməli? - Hansı sənədlər lazımdır?

İlkin mediasiya sessiyasına necə müraciət etməli?

İlkin mediasiya sessiyası üçün müraciət prosesi nədən ibarətdir?

Mubahise.az bu suala aydınlıq gətirib.

Tərəflərdən biri digər tərəfə poçt vasitəsilə mediasiya prosesinin tətbiqi barədə yazılı formada məlumatları (tərəflərin adları və rekvizitləri, mübahisənin predmeti, xərclərin ödənilməsi şərtləri və qaydası, əgər tərəflər arasında digər razılaşma yoxdursa, mediasiyanın keçirilməsinin məxfiliyi haqqında tərəflərin öhdəlikləri və həmin öhdəliyə əməl etməməyə görə məsuliyyət), həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı vardırsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklif göndərir (təklifin formasını mediasiya.org saytından əldə edə bilərsiniz).

10 gün keçdikdən sonra, vətəndaş qeydiyyat üçün aşağıdakı sənədləri Şuraya göndərə bilər.

1. Təklifin 1 nüsxəsi;

2. Poçtdan təklifin gondərildiyini təsdiq edən qəbz;

3. Ərizə (ərizə formasını mediasiya.org saytından əldə edə bilərsiniz)

Sənədləri poçt ( Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 21 AZ1007) və ya elektron poçt (muraciet@mediasiya.org) vasitəsi ilə göndərə bilərsiniz.

 

Qeyd: Təklif məktubu , qəbz və ərizədə mütləq imza olmalıdır.

Qeydiyyat aparıldıqdan sonra Şura tərəfindən mediator təyin olunur və məlumatlar mediatora yönləndirilir, mediator özü vətəndaş ilə əlaqə saxlayır.

 

Əlaqə nömrələri: +994 (50) 272 66 52; +994 (55) 931 66 86; +994 (55) 931 66 87

 

A- A A+