Bu gün:

Mediasiya Şurasında işçi qruplar yaradıldı - SİYAHI

Mediasiya Şurasında işçi qruplar yaradıldı

Mediasiyanın inkişafı, mediasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar işlərin icrasında mediatorların bilavasitə iştirakının təmin edilməsi, habelə qarşıda duran vəzifələrin sistemli və operativ yerinə yetirilməsi məqsədilə işçi qruplar yaradılıb.

Mubahise.az ın məlumatına əsasən, Şuranın İdarə Heyətinin sədri Nadir Adilov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən aşağıdakı işçi qruplar yaradılıb:

1. Mediasiya xidmətlərinin göstərilməsi zamanı təcrübədə rast gəlinən problemlərin öyrənilməsi, təhlil edilməsi və ümumiləşdirilərək təkliflər paketinin hazırlanması üzrə işçi qrupu:

İşçi qrupun rəhbəri:Həsənova İlhamə Zakir qızı

Üzvlər: Yolçuyev Mübariz Xalid oğlu, Abbasov Orxan Aydın oğlu

2. Təbliğat-təşviqat işləri üzrə tədbirlər planının və sahə üzrə tələb olunan sənədlərin hazırlanması üzrə işçi qrupu:

İşçi qrupun rəhbəri: Hacızadə Yalçın Akif oğlu

Üzvlər: İbrahimov İlkin Ələmdar oğlu, Abbasov Orxan Aydın oğlu

İşçi qruplar görülmüş işlər barədə ayda bir dəfədən az olmayaraq İdarə Heyətinə, İxtisas və İntizam komissiyalarına hesabat təqdim etməlidirlər.

A- A A+