Bu gün:

MEDİASİYA ŞURASININ ÇAĞRI MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAYIB

MEDİASİYA ŞURASININ ÇAĞRI MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAYIB

Mediasiya sahəsində siyasətin və nəzarətin həyata keçirilməsi, mediatorların fəaliyyətinin təşkili və əlaqələndirilməsi, mediatorların müstəqilliyinin təmin edilməsi, mediatorların seçilməsinin təşkili, təlimi, onların intizam məsuliyyətinə cəlb edilməsi, habelə mediasiya ilə bağlı digər məsələlərin həlli məqsədilə ötən il Mediasiya Şurası təsis edilmişdir.

Mediasiya Şurasına edilən müraciətlərin cavablandırılması, habelə şikayət və ərizələrin operativ həllinin təmin olunması məqsədilə 8 oktyabr tarixindən (012) 1927 Çağrı Mərkəzi fəaliyyətə başlamışdır.

             Vətəndaşlar Çağrı Mərkəzinə ümumi vətəndaş müraciətləri, mediatorların fəaliyyəti ilə bağlı yaranan şikayət və təkliflərlə əlaqədar müraciət edə bilərlər.

Çağrı Mərkəzi həftənin 5 iş günü, saat 09:00-dan saat 18:00-a qədər Azərbaycan dilində xidmət göstərəcək.

A- A A+