Bu gün:

Mediasiya Təşkilatının ofisinin monitorinqi keçirildi

|| Oxunma: 1594

Mediasiya Təşkilatının ofisinin monitorinqi keçirildi

Məlum olduğu kimi Mediasiya Şurası İdarə Heyətinin 21.12.2021-ci il tarixlı qərarı ilə, yeni yaradılmış mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi və onların gələcək fəaliyyətlərinin zəruri monitorinqinin həyata keçirilməsi üçün Xüsusi Komisiya yaradılıb.

9 nəfərdən ibarək Komissiya yaradıldığı ilk gündən fəaliyyətə başlayıb.

25.12.2021-ci il tarixdə Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvləri Esmira Hüseynova, Mayıl Əhməd, Fərhad Mehdiyev, Elçin Həsənov, Anar İsayevBakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən 5 saylı Mediasiya Təşkilatında olmaqla, təşkilatın interyer şəraiti ilə tanış olub, o cümlədən mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitorinqini həyata keçiriblər. 5 saylı Mediasiya Təşkilatının təsisçisi Taleh İbrahimov təşkilatda fəaliyyət göstərəcək mediatorlara müraciət edən vətəndaşlar və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış işgüzar şəraitlə bağlı, o cümlədən təşkilatda kargüzarlıq işinin qanunvericiliyin tələbinə uyğun qurulması barədə Komissiya üzvlərinə geniş məlumat verib.

Xüsusi Komissiyanın üzvləri təşkilatın yerləşdiyi qeyri-yaşayış sahəsində mediasiya prosesləri zamanı mediatorlarla vətəndaşların görüşləri üçün yaradılmış, xüsusi dizaynla təmir edilmiş, zəruri mebellə təchiz edilmiş otaqların şəraiti ilə bilavasitə tanış olublar. Komissiya tərəfindən də ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyən edilmiş ödənişlərlə əlaqədar şəffaflığın təmin edilməsi və bununla da vətəndaş məmnunluğunun təmin edilməsi məsələrinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin təmin edilməsi istiqamətində təşkilatın təsisçisi Taleh İbrahimovamüvafiq tövsiyyələr verilib.

Sonda Komissiya tərəfindən təşkilatın ofisinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılıb və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunub.

       

    

    

     

 

A- A A+