Bu gün:

Mediasiya təşkilatlarında monitorinqlər aparılır

|| Oxunma: 1431

Mediasiya təşkilatlarında monitorinqlər aparılır

Dekabrın 22-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.

Mubahise.az  məlumat verir ki, görüşdə Mediasiya Şurası İdarə Heyətinin və xüsusi komissiyanın üzvləri iştirak edib.

Görüşdə Mediasiya Şurasına daxil olan çoxsaylı müraciətlərin mediatorlar arasında proporsional bölgüsünün təmin edildiyi bildirilib. Bununıa bağlı Şuranın müsbət təcrübəsi müzakirə olunub. Qısa müddət ərzində Bakı şəhəri və Abşeron rayonu üzrə mediasiya ilə bağlı müraciətlərin qəbulunun bilavasitə Mediasiya Təşkilatları tərəfindən həyata keçriləcəyi təşkilat rəhbərlərinin diqqətinə çatdırılıb.

Qeyd olunan ərazilər üzrə mediatorların Mediasiya Təşkilatlarında birləşmələri üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı təşkilat rəhbərlərinə tövsiyələr verilib. Həmçinin mediasiya təşkilatlarının fəaliyyətə başlamaları ilə bağlı qanunvericiliyin tələbinə uyğunluqlarının müəyyən edilməsi məqsədilə monitorinqlərin həyata keçirilməsi xüsusi komissiyaya tapşırılıb.

Bununla əlaqədar olaraq, dekabrın 23-də komissiyanın sədri Bəylər Məmişov, üzvləri Esmira Hüseynova, Şakir Səfərbəyov, Fərhad Mehdiyev, İlham Mehtiyev, Elçin Həsənov Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 309 ünvanında yerləşən 6 saylı Mediasiya Təşkilatında olublar. Təşkilatda mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitorinqi aparılıb.

Təşkilatın təsisçiləri Tural Şahbazov və Fərid İmanov təşkilatda yaradılan işgüzar şəraitlə bağlı komissiya üzvlərinə geniş məlumat veriblər.

Komissiyanın sədri B.Məmişov ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyən edilmiş ödənişlərlə əlaqədar şəffaflığın təmin edilməsi və bununla da vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində təşkilatın təsisçilərinə müvafiq tövsiyələr verib.

Sonda təşkilatın ofisinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılıb və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunub.

  

  

  

A- A A+