Bu gün:

Mediator hansı keyfiyyətlərə malik olmalıdır? - Maarifləndirmə

Mediator hansı keyfiyyətlərə malik olmalıdır?


Mediasiya elm və incə-sənətdir. Mediasiya bacarıqlarının öyrədilməsinə baxmayaraq uğurlu mediator hər şəraitdə və vəziyyətdə insanlarla münasibət qurmaq təcrübəsinə malik olmalıdır.

Mediasiya.az xəbər verir ki, “Yaxşı”mediator kəlməsinin arxasında bir çox mənəvi keyfiyyətlər dayanır,lakin müəyyən xarakter xüsusiyyətləri əvəzolunmazdır.

Zirəklik


Mediasiya zamanı mediator gözüaçıq olmalıdır. O, diqqətini əsaslı mənbə tərəfindən verilən məlumata yönləndirməli və məlumatları həm dəyər,həm də həqiqət baxımdan qiymətləndirməlidir. Eyni zamanda tərəflərin doğruluğunu, əməkdaşlıq dərəcəsini və mövcud əhval-ruhiyyəsini qiymətləndirmək üçün yalnız tərəflərin dediklərinə deyil, həm də necə deyildiyinə və onların işlətdiyi bədən dilinə də diqqət yetirməlidir. Mediator tərəflərə nə vaxt fasilə veriləcəyini və tərəflərin nə zaman üzərinə gedilməli olduğunu bilməlidir. Bundan əlavə, vasitəçi özünün və tərəflərin şəxsi təhlükəsizliyini təmin etmək üçün cəmiyyətə qarşı daim gözüaçıq olmalıdır.


Səbir və nəzakət


Mediator özü və tərəflər arasında qarşılıqlı əlaqə yaratmaq və bu əlaqəni qorumaq üçün səbir və nəzakət göstərməli və bununla prosesin uğurlu keçməsini təmin etməlidir. Səbirsizlik göstərməklə:
●Razılaşmaya gəlmək istəməyən tərəfi bir müddət daha cavabsız qalaraq prosesin bitəcəyini düşünməsinə təşviq etmiş olursunuz.
●Tərəfin vasitəçiyə hörmətini itirməsinə və bununla da vasitəçinin effektivliyinin azalmasına səbəb olursunuz.

Etibarlılıq


Mediator aydın,dəqiq və peşəkar görünüşə malik olmalı və qabiliyyətlərini dəqiq qiymətləndirməyi bacarmalıdır.O, mürəkkəb vəziyyətləri və anlayışları aydın ifadə etməlidir. Mediator, həmçinin, etibarını qorumalıdır. O, özünü inamlı və qətiyyətli şəkildə təqdim etməli və verilmiş vədlərə əməl etməli,habelə mümkünsüz vədlər verməməlidir.

Obyektivlik və özünənəzarət


Vasitəçi əldə edilmiş məlumatların qiymətləndirilməsində də tamamilə obyektiv olmalıdır. Mediator sorğu sessiyası əsnasında bu təcrübənin bənzərini yaşamış olsa belə ,öz obyektiv və bitərəf münasibətini qoruyub saxlamalı,emosiyalarını bildirməməlidir. Obyektivlik olmadan əldə etdiyi məlumatları şüursuz şəkildə təhrif edə bilər. Sorgulama və yanaşma üsullarını da təsirli şəkildə dəyişə bilməyəcək. Dindirmə zamanı təşəbbüskarlığını itirməsinə səbəb ola biləcək əsl qəzəb, qıcıqlanma, simpatiya və ya yorğunluqdan qaçmaq üçün özünü idarə etməyi bacarmalı,ancaq bu duyğuların hər birini zəruri hallarda yaratmaq bacarığına nail olmalıdır. Tərəflərə duyğusal müdaxilə etməməlidir.

Uyğunlaşma


Mediator qarşılaşacağı müxtəlif xarakterli insanlara adaptasiya olmalıdır.O,həmçinin bütün növ yerlərə və əməliyyat mühitlərinə uyğunlaşmalıdır. Özünü tərəflərin mövqeyindən təsəvvür etməyi bacarmalıdır. Adaptasiya olaraq mediator sorğu-sual və yanaşma metodlarını əməliyyat mühitinə və tərəflərin şəxsiyyətinə uyğun olaraq dəyişə bilər.

Əzmkarlıq


Yaxşı və üstün olan mediatorlar arasındakı əsas fərq möhkəm qətiyyətə malik olmalarıdır.Ziddiyyət,əməkdaşlıqdan qaçmaq və digər çətinliklərdən asanlıqla ruhdan düşən bir vasitəçi, müvəffəqiyyətli nəticəyə çatmaq üçün qətiyyyətli şəkildə araşdırma aparmayacaq və digər məlumatlardan faydalana bilməyəcək.

Görünüş və davranış


Mediatorun şəxsi görünüşü istənilən mediasiya prosesinə və tərəflərin mediatora münasibətinə böyük təsir edə bilər.Adətən nizamlı və peşəkar görünüş tərəflərə müsbət təsir göstərir. Əgər vasitəçinin davranışı ədaləti,gücü və səmərələliyi əks etdirirsə, tərəflər daha əməkdaşlığa meyilli və sorğu-suala daha həssas yanaşa bilərlər.

Təşəbbüskarlıq


Təşəbbüsə nail olmaq və onu qorumaq müvəffəq bir sorğu iclası üçün vacibdir.Tərəflərə hakimlik etmək lazım deyil,əksinə mediator öz tələblərini bilməli və iclasların istiqamətini tələblərinə doğru yönəltməyi bacarmalıdır.

Mubahise.az saytı üçün tərcümə etdi: Nərminə Hüseynzadə

A- A A+