Bu gün:

Mərkəzi Bank 114 milyon dollar satdı

|| Oxunma: 327

Mərkəzi Bank 114 milyon dollar satdı

Yanvarın 6-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Mubahise.az xəbər verir ki, hərracda tələb 114,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

“Cari həftədə qeyri-iş günləri ilə əlaqədar tələbin həcmi 2 hərrac əvəzinə 1 hərrac keçirilməsi amili ilə formalaşıb. Bununla belə, 2 hərrac üzrə nəzərdə tutulan təklif məbləği tam satılmayıb”, – məlumatda deyilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Mərkəzi Bank qeyd edib ki, ötən il valyuta hərraclarının böyük əksəriyyətində təklif tələbi üstələmiş, ümumilikdə valyuta bazarı tarazlı olmuş, milli valyutanın məzənnəsinin dayanıqlığı təmin edilmişdir.2022-ci ildə də proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı daxili valyuta bazarının tarazlığını dəstəkləyəcəkdir.

A- A A+