Bu gün:

Mərkəzi Bank ADIF-ə 207 mln. manatlıq krediti hansı faizlə verib?

Mərkəzi Bank ADIF-ə 207 mln. manatlıq krediti hansı faizlə verib?

Azərbaycan Mərkəzi Bankı 2020-ci il ərzində Əmanətləri Sığortalanmasına verdiyi kreditin həcmi açıqlanıb.

Mubahise.az xəbər verir ki. Banker.az bu barədə beynəlxalq audit şirkəti KPMG-nin rəyinə istinad edir.

Hesabata görə, 2020-ci il ərzində 207 milyon 330 min manat həcmində ADIF-ə kredit vermişdir.

“Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlərə lisenziyası ləğv edilmiş banklarda fiziki şəxslərin qorunan əmanətlərinin qaytarılması üzrə kompensasiyaların ödənilməsi üçün dövlət zəmanəti ilə aşağı faizli kreditlər daxildir”.

Qanunvericiliyə uyğun olaraq, 2020-ci ildə Bank Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna illik 0.15 faiz dərəcəsi ilə 280 000 min AZN məbləğində kredit vermişdir. Bu kredit ilkin tanınma zamanı Bankın uçot dərəcəsi – 6.5 faiz tətbiq edilməklə hesablanmış ədalətli dəyərlə qeydə alınmışdır.

A- A A+