Bu gün:

Milli Məclisin inzibati binasının icbari sığortası varmı? – AÇIQLAMA

Milli Məclisin inzibati binasının icbari sığortası varmı?

Bakıda əsən güclü külək ötən həftə Milli Məclisin inzibati binasına zərər vurub. Belə ki, binanın 6 üzlüyü qopub.

Mubahise.az “Bakıvaxtı.az”a istinad edir.

“İcbari sığortalar haqqında” qanunun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası qüvvədədir.

Bəs, görəsən ali qanunverici orqanın istifadəsində olan daşınmaz əmlakın icbari sığortası varmı?

Bu sualla Milli Məclisin mətbuat xidmətinə müraciət edilib.

Məsələ ilə bağlı sığorta üzrə ekspert İlkin İbrahimov Bakıvaxtı.az-a bildirib ki, 2013-cü ildən etibarən ölkəmizdə daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta məhsulu qüvvədədir.

“Fiziki şəxslərə münasibətdə müvafiq icra hakimiyyəti qanunvericilikdə inzibati tənbeh növü olan protokolun forması müəyyən edilmədiyindən bu tənbehi həyata keçirə bilmir. 

Lakin hüquqi şəxslərə, yəni sahibkarlara münasibətdə Fövqəladə Hallar Nazirliyi sığortanın olub-olmamasına nəzarət edir. Əgər yoxdursa, müvafiq tənbeh tədbirləri həyata keçirir”, - deyə İ.İbrahimov bildirib.

Ekspert qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən qurumların daşınmaz əmlaklarının icbari sığortası Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsaitlə sığorta haqqı sığorta şirkətlərinə ödənməklə sığortalanır: “Bu qayda məcburi xarakter daşıyır və sığorta olunmazsa vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu qədər müddətdə əgər sığortalanma barədə məlumat verilməmişdirsə, demək sığorta olunmayıb. Yaxşı olar ki, qanunverici orqan ilk növbədə daşınmaz əmlakın icbari sığortası barədə müddəanın icrasını özündən başlasın”.

A- A A+