Bu gün:

MSK sədri yenə də Məzahir Pənahov oldu

MSK sədri yenə də Məzahir Pənahov oldu

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası öz işinə başlayıb.

Mubahise.az “Qafqazinfo” ya istinadla xəbər verir ki, iclasda MSK sədri seçilib.

Həmçinin səsvermə nəticəsində sədr müavini və komissiyasının iki katibi də müəyyənləşib.

***

İclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edib.

***

Sədr vəzifəsinə Məzahir Pənahovun, katib vəzifəsinə isə Arifə Muxtarova və Mikayıl Rəhimovun namizədlikləri irəli sürülüb.

***

İclasda Məzahir Pənahov yenidən qurumun sədri seçilib.

Həmçinin səsvermə nəticəsində Rövzət Qasımov MSK sədrinin müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova isə Komissiyanın katibləri seçiliblər.

Qeyd edək ki, M. Pənahovun 70 yaşı var və 2000-ci ildən MSK sədridir.

 

A- A A+