Bu gün:

Mülki işlər üzrə məhkəmənin hazırlıq iclasının təyin olunma müddəti artırılır

Mülki işlər üzrə məhkəmənin hazırlıq iclasının təyin olunma müddəti artırılır

Mülki Prosessual Məcəllənin 166.3-cü maddəsinə dəyişiklik edilib.

Mubahise.az  xəbər verir ki, yeni dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan məhkəmənin hazırlıq iclasının təyin olunma müddəti artırılıb. Belə ki, hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 gündən gec olmayaraq keçiriləcək. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər. Dəyişiklik oktyabrın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 15 gündən gec olmayaraq təyin olunur. İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərardadı ilə 15 gündən artıq olmayan müddətə uzadıla bilər.

 

A- A A+