Bu gün:

Münaqişələrin həlli açarı - Mediasiya

Münaqişələrin həlli açarı

 

Mövqelərdən daha çox maraqlara diqqət yetirmək münaqişələrin həlli açarıdır.

Mediasiya.az xəbər verir ki, həyat insanların hər şeyə qarşı tərəflərin müvqeyindən  baxa bildiyi zaman daha asan ola bilər. Bir neçə sağlam düşüncə qaydalarına riayət etməklə münaqişəni azaltmaq və əməkdaşlığa çevirmək və , həqiqətən ,bütün iştirakçılar üçün işləyən həllərə çatmaq olar.Bu qaydalara aşağıdakılar daxildir:

 1. İnsanları problemlərdən ayırın

Problemi əks mövqe tutan birinə məğlub olacaq bir insan kimi baxmaqdansa, həll edilməli olan bir şey kimi qiymətləndirsək, uğurlu bir iş birliyi artır. Bunun üçün faydalı metod olan “rəqiblərinizin” qarşısında oturmaqdansa, masanın şəklini dəyişdirmək, bütün tərəflərin problemin təqdim olunduğu flip chart və ya yazı taxtası qarşısında oturması üçün oturacaqları təşkil etməkdir.

2. Maraqlar və mövqələr arasında fərq qoyun

Danışıqlar başladıqda “Onlar nə istəyir?” sualını verməyin. “Onlar niyə bunu istəyirlər?” sualını soruşmaq çox vacibdir. Bir çox uğurlu mediator müzakirə zamanı tərəflərin maraqlarına fokuslanan zaman prosesin daha müvəffəq olduğunun fərqindədir.

3. BATNA-nızı (Müzakirə Edilən Məsələyə Ən Yaxşı Alternativ) nəzərdən keçirin.

 BATNA'nızı qəbul edirsinizsə, danışıqlardan nə zaman arxa çevirə biləcəyinizi bilirsiniz. Ancaq qarşı tərəfin BATNA-nı görməməzlikdən gəlməmək vacibdir. Hər bir tərəfin BATNA-nın nisbi gücü hər birinin həyata keçirə biləcəyi güc tarazlığını təyin edəcəkdir.

4. Susmaq qızıldır

Bunun düzgün olmasının 2 səbəbi:tərəflərdən biri çox duyğusal və ya düşüncəlidirsə, yanaşmaları hədələyici və ya son dərəcə tələbkardırsa, danışdıqdan sonra susmaq onlar üçün olduqca narahatedici ola bilər.Bu jujitsu(yapon idman növü)kimidir-onların öz gücləri ələ keçirilməsinə icazə verirsiniz.Əksər insan gərgin müzakirədə qarşısındakının susqunluğundan narahat olur. Bəzən susmaq narazılıq əlamətidir,lakin bu narazıllıq sözlə ifadə edilmədiyindən hücum kimi qəbul edilmir.Adətən belə olan hallarda, insanlar əvvəlki ifadələrini daha mülayim fikirlərlə əvəz edirlər.

Susmaq aktiv dinləmədə vacib elementdir. Yaxşı mediatorun işi diqqətlə qulaq asmaq və tərəflərin nə dediyini anlamaqdır. Əks halda,anlamadığı fikrə ağıllı cavab verə bilməz.

Aktiv dinləmənin maraqlı nəticələri var:Mediatorda tərəflətin fikirlər barədə müəyyən baxış yaranır. Dinləyənin cavabı onun necə dinləyici olub işini yaxşı yerinə yetirdiyini göstərir və  bu tərəfləri təəccübləndirə bilər.

Aktiv dinləmənin digər bir nəticəsi odur ki, digər fikirlərə diqqət yetirmək intizamı dinləyiciyə proses və strategiya üzərində düşünmək şansı da verə bilər. Bir kənara çəkilmək və davam edənlərə bitərəf  yanaşmaq  birini daha təsirli bir mediator edə bilər.

5. Ədalət axtarın

Bütün iştirakçılar prosesi ədalətli hesab edərlərsə, prosesə ciddi yanaşmaq və nəticəsini almaq ehtimalı yüksəkdir. Üstəlik, ədalətli həllə fokuslanmaq sağlam nəticəyə böyük təsir edə bilər.Əgər tərəflərin razı olması üçün dəqiq standartlar müəyyənləşdirilsə, bu tərəflərə razılaşma üçün səbəb verəcək.

Uğurlu olmaq üçün razılaşma uzunömürlü olmalıdır.Tərəflərdən biri istənməyən nəticədən çıxmaq üçün bəhanələr axtarırsa,qarşı tərəfin qazandığı qazanclar həqiqətən qısamüddətli ola bilər.

6.Hər dəfə yalnız bir nəfər hirslənə bilər

Bu, fərdlərin soyuqqanlı olmasına , prosesə və strategiyaya, həmçinin danışıqların mahiyyətinə diqqət yetirməsinə kömək etmək üçün başqa bir vasitədir. Əgər əsəbləşmək sizin “növbəniz”deyilsə, əsəblərinizi cilovlamaq aydın şəkildə nə olduğunu anlamağa kömək edə bilər. Bir-birinizə qışqırmaq mediasiya deyil,qarşıdurmadır. Bu vəziyyətlərdə”qalib” ola bilər,amma “itirən” daha çox olacaq.

Keçmiş dövrlərdə, iki mülk sahibinin bir fikir ayrılığı olduğu zaman, bir nəticəyə gəlmək üçün cəngavərlər işə götürər və müharibə edərdilər. Sonra kimsə vəkil icad etdi və problem həll prosesi qanunverici qanuna çevrildi. Cəmiyyətimiz müharibə aparmaq və ya qanun qəbul etmək xərclərinin olduqca yüksək olduğunu qəbul etdiyimiz bir inkişaf səviyyəsinə çatdı. Yaxşı danışıqlar vərdişlərindən istifadə etməklə daha qənaətbəxş bir nəticə çıxarmaq qabiliyyətinə sahibik: Sülhü təmin edə bilərik .

Qeyd: Əgər hər hansı problem və onun həlli istiqamətində uğur qazanmaq istəyirsizsə Ölkəmizdə ilk peşəkar və lisenziyalı Mediatorlardan olan İlkin İbrahimov a müraciət edə bilərsiz. Əlaqə nömrəsi : 070-290-13-57

Tərcümə etdi : Nərminə Hüseynzadə

 

A- A A+