Bu gün:

Oruc tutmağın psixoloji faydaları

Oruc tutmağın psixoloji faydaları

Oruc tutmanın daxili orqanlara faydalarıyla yanaşı, psixoloji cəhətdən də bir çox faydaları mövcud olmasını hamımız bilirik. Lakin bunu peşəkarlardan soruşmaq və onların cavablarını sizə təqdim etməyi qərara aldıq. Mubahise.az həkim psixiatr və psixonevroloq Mehdi Səlimlidən suallarımıza cavab almağa çalışdıq.

Bildiyimiz kimi oruc sadəcə aclıq və susuzluq deyil, həmçinin cinsəllik, şiddət, nəfs və s kimi instinktləri kontrol və tərbiyə etməyə yardımcı olur. Qeyd edəcəyimiz əlamətlərin vərdiş halını almasına və möhkəmləndirilməsində oruc tutmanın mühüm rolu var:

1. Səbir - oruc tutmaq​ səbirli olmağı öyrədir, səbirli insanlar sıxıntılara qarşı daha adekvat və təmkinli yanaşaraq özündə ağır psixoloji problemlərin yaranmasının qarşısını alır.​

2. Empatiya - Oruc tutan, aclıqdan əziyyət çəkən insanların nə hiss etdiyinə qarşı empatiya qabiliyyəti inkişaf edir, nəticədə fərqli insanları və fərqlilikləri qəbul edərək insanlarla daha yaxşı anlaşa bilir.​

3. Şükür - şükür məmnuniyyət deməkdir, oruc tutan insanlar var olan və əhəmiyyət vermədiyi nemətlərə şükür etməyi öyrənirir, nəticədə həyata və hadisələrə daha pozitiv baxmağa başlayır.

4. Ümid - Əzan vaxtını və iftarı gözləyən insanda ümid hissi daha da möhkəmlənir, problemlərə daha nikbin və ümidlə yanaşmağa başlayır.​

5. Davranışların tormozlanması - Oruc tutan insanların orucun pozulmaması üçün göstərdiyi əzm və iradə, patoloji meyil pozuntuları olan şəxslərdə, obsessiv-kompulsiv pozuntularda müalicəvi əhəmiyyətə malikdir. Sadaladığımız əlamətlərlə yanaşı, oruc tutmanın onlarla müsbət psixoloji təsirləri mövcuddur.

A- A A+