Bu gün:

Paşa Sığorta işçi axtarır - İnsan Resursları Kiçik Biznes Tərəfdaşı

Paşa Sığorta işçi axtarır

“PAŞA Sığorta” ASC namizədləri “İnsan Resursları Kiçik Biznes Tərəfdaşı” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• İnsan Resursları strategiyasını biznes strategiyasına uyğunlaşdırmaq üçün Agile və digər komandaların rəhbərliyi ilə tərəfdaşlıq;
• Agile və digər komandalarda daxili siyasət prosedurunun yazılması və tətbiqini həyata keçirmək üçün rəhbərliklə mütəmadi müzakirələr keçirmək;
• İstedadların idarə edilməsi və inkişafı və eləcə də təşkilati dizayn üzrə konsultasiya təşkil etmək;
• Agile və digər komandalarda işgüzar tərəfdaşlar üçün hazırkı və gələcək dövr üçün tələb olunan kadr və peşəkar kadr ehtiyaclar barədə davamlı təhlil aparmaq və bu ehtiyacları ödəmək üçün strategiya hazırlamaq;
• Agile komandalarda işçi münasibətləri, siyasətlərin tətbiqi, istedadların idarəedilməsi və inkişafı və digər təşkilatı məsələlərdə gündəlik olaraq dəstək göstərmək;
• Namizədlərinin müraciətlərini əvvəlcədən nəzərdən keçirmək və vəzifəyə uyğun müvafiq təcrübənin, bilik və bacarığının olub olmamasını təyin etmək;
• Bazarda rəqabət aparmaq üçün innovativ işə qəbul üsulları ilə əlaqəli məlumatlar toplamaq və müvafiq qaydada yenilikləri həyata keçirməklə Agile və digər komandaların istedadlara ehtiyaclarının qarşılanması;
• İllik perfomans nəticələrini təyin edilməsi, qiymətləndirilməsi və digər strateji Hr proseslərin icrası.

BİLİKLƏR VƏ BACARIQLAR

• İnsan Resursları və ya əlaqəli biznes istiqaməti üzrə bakalavr (magistr dərəcəsi olanlara üstünlük verilir) dərəcəsi;
• HR Business Partner və İstedadların cəlb edilməsi istiqamətində ən azı bir (1) il, HR istiqaməti üzrə üç (3)- beş (5) il iş təcrübəsi ;
• İngilis, Rus, Azərbaycan dillərini mükəmməl bilmək;
• Power point, Excel və Visiodan mükəmməl istifadə etmək bacarığı;

Son müraciət tarixi: 16.05.2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az e-mail ünvanına göndərin.

A- A A+