Bu gün:

“Paşa Sığorta”dan başçısını itirən ailəyə evinin təmiri üçün - Dəstək

“Paşa Sığorta”dan başçısını itirən ailəyə evinin təmiri üçün

“Paşa Sığorta” şirkəti ailə başçısını itirən ailənin təbii fəlakət zamanı yararsız hala düşən evinin təmiri üçün dəstək olub.

Mubahise.az xəbər verir ki, vətəndaşı Şəfiqə Doquşevanın pilot əri bir neçə il öncə helikopter qəzasında həlak olub. 2018-ci ilin dekabr ayında isə onun uşaqları ilə birgə yaşadığı evin divarları güclü yağışdan sonra yaranan torpaq sürüşməsi nəticəsində çat verib. 2019-cu ildə növbəti yağışlarda isə çatlar daha da böyüyüb və ev yararsız hala düşüb.

Ş.Doquşeva bildirib ki, sənədlərin toplanması və situasiyanın təhlili üçün davam edən müəyyən müddətdən sonra “Paşa Sığorta” şirkəti rəhbərliyi tərəfindən başçısını itirən ailəyə dəstək olmaq qərarı verilib. Məlumata görə, qısa müddətdə ailənin evini bərpa etməsi üçün ödəniş ediləcəyi bildirilir.

Vətəndaş Doquşeva qeyd edir ki, “Paşa Sığorta” rəhbərliyi tərəfindən atılan humanist addım onun və atasız qalan uşaqlarının qış ayılarında isti evdə yaşaya bilməsinə səbəb olacaq.

Qeyd edək ki, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir.

Qlobal reytinq agentliyi “S&P” “PAŞA Sığorta” ASC şirkətinin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Agentlik şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.

A- A A+