Bu gün:

Pilot Mediasiya Mərkəzi fəaliyyətə başlayıb - Azərbaycanda ilk

Pilot Mediasiya Mərkəzi fəaliyyətə başlayıb

Yasamal Rayon Məhkəməsində Pilot Mediasiya Mərkəzi fəaliyyət göstərir.

Mubahise.az xəbər verir ki, Mediasiya həm əyani, həm də hazırkı vəziyyətlə əlaqədar onlayn formada, Zoom proqramı vasitəsilə həyata keçirilir. Əgər hər hansı mübahisəniz varsa (mülki, ailə, əmək, kommersiya), bizə müraciət edə bilərsiniz. Mediasiya xidmətləri tam olaraq ödənişsiz əsaslarla həyata keçirilir.

Pilot Mediasiya Mərkəzi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin instutisional potensialının artırılması” layihəsi çərçivəsində fəaliyyət göstərir.

Mediasiyaya nə üçün müraciət olunmalıdır?

SƏMƏRƏLİLİK

  • Mediasiyada işlərin əksəriyyətində razılaşma əldə olunur. Əksər mediasiya işləri bir və ya iki görüş ərzində həll olunur.

PROSESƏ NƏZARƏT

  • Siz mübahisənin nəticəsi üzərində nəzarəti saxlayırsınız, yəni nəticə maraqlarınıza uyğun olmasa, heç bir razılığa gəlmədən məhkəməyə müraciət edə bilərsiniz.
  • Siz öz maraq və ehtiyaclarınıza ən uyğun həll yolunu tapırsınız.
  • Mediasiya zamanı əldə olunmuş barışıq adətən könüllü icra edildiyinə görə icra şöbələrinə müraciət etməyə ehtiyac qalmır.
  • Mediasiya müddətində açıqlanmış bütün məlumatlar məxfidir və mediasiya uğursuz olduğu təqdirdə belə həmin məlumatlardan məhkəmədə istifadə oluna bilməz.

VAXTA VƏ XƏRCLƏRƏ QƏNAƏT

  • Siz öz gündəliyinizə uyğun olaraq mediasiya üçün vaxt razılaşdırırsınız.
  • Siz digər xərcləri aradan qaldırırsınız.

MÜNASİBƏTLƏRİ VƏ NÜFUZU QORUMAQ

  • Mediasiya zamanı siz digər tərəflə münasibəti qoruya bilərsiniz.
  • Məhkəmə mübahisəsindən fərqli olaraq mediasiyada sizin işgüzar nüfuzunuz daha yaxşı qorunur.

A- A A+