
Polkovnik 10 AA 064-lə bağlı tapşırıq verdi - Kobud pozuntular araşdırılsın + Video

Bakıda daha bir məmur yol hərəkəti qaydalarını kobus şəkildə pozub.
Mubahise.az-ın əldə etdiyi məlumata görə, yüksək rütbəli məmura məxsus “Toyota” markalı 10 AA 064 nömrəli avtomobil dairəyə əks istiqamətdə daxil olaraq digər avtomobillərin hərəkətinə mane olaraq sürücülərin və sərnişinlərin isə həyatını təhlükəyə atıb.
Bununla bağlı artıq Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalara başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev bildirib ki, kobud yol hərəkəti qayda pozuntuların araşdırılması üçün tapşırıq verib.
Şikayətlərinizi yazin
Telefon: +994 70 290 13 57 (Nömrənin üzərinə klikləyərək "Whatsapp"da yaza bilərsiniz)
Facebook: Mubahise.az
Instagram: Mubahise.az
Youtube: Mubahise.az
Email: info@mubahise.az
