Bu gün:

Prezident bəzi ölkələrə səfirlər təyin edib və geri çağırıb

Prezident bəzi ölkələrə səfirlər təyin edib və geri çağırıb

Lətif Seyfəddin oğlu Qəndilov Belarusda səfir və Azərbaycanın MDB-də nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Belarusa səfir təyin edilib.

Rəşad Eynəddin oğlu Məmmədov Qazaxıstan səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin sərəncamı ilə Ağalar Rahim oğlu Atamoğlanov Qazaxıstana fövqəladə və səlahiyyətli səfir təyin edilib.

Həsən Dilsuz oğlu Məmmədzadə Tacikistan səfiri vəzifəsindən geri çağırılıb.

Əlimirzamin Qəvvam oğlu Əskərov Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Əli Fikrət oğlu Əlizadə Pakistan səfiri vəzifəsindən geri çağırılıb.

Xəzər Nadir oğlu Fərhadov Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

A- A A+