Bu gün:

Prezident nazir müavini haqda sərəncam verdi

|| Oxunma: 145

Prezident nazir müavini haqda sərəncam verdi

Prezident İlham Əliyev İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mubahise.az xəbər verir ki, sərəncam ilə, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Sahib Nurəddin oğlu Ələkbərov “Şöhrət” ordeni ilə təltif edilib.

Sahib Nurəddin oğlu Ələkbərov

1952-ci ildə Səfərəliyev (indiki Samux) rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 02 iyul ayının tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini təyin edilib.

Prezidentin köməkçisi Anar Ələkbərovun atasıdır.

Ailəlidir, üç övladı var.

A- A A+