Bu gün:

Proses sürətləndirici kimi - Mediasiya

Proses sürətləndirici kimi

 

İsrail, BƏƏ və Bəhreyn arasında diplomatik vasitəçiliklə reallaşdırılan normallaşma müqavilələri, yalnız yüksək münaqişə şəraitində deyil, həm də münasibətlərin potensialından istifadə etmək və mövcud əlaqələrin inkişafı üçün mediasiydan istifadə etmək üçün biznes liderləri üçün bir nümunə ola bilər.

  Bu yaxınlarda İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında Amerika diplomatik mediasiya qrupunun köməyi ilə imzalanan normallaşma müqavilələri aktiv bir qarşıdurma olmadığı təqdirdə də mediasiyanın başlamasının faydalarını nümayiş etdirir.

 Mediasiya tərəflər arasında əməkdaşğın reallaşmaması hallarında və ya  tərəflər  mübahisə etməsə belə ,ünsiyyət məsələlərinin ortaya çıxdığı vəziyyətlərdə münasibətlərin inkişafı üçün katalizator rolunda çıxış edən idarəetmə vasitəsidir. Mülki, ticari və şəxsi mediasiyanı qoruyan məxfilik, mübahisədən əvvəl və ya mübahisə yaranmamış mərhələdə mediasiyanın üstünlüklərini doğrulamaq üçün kazusun təhlili olaraq istifadə edilə bilən dərc edilmiş mediasiya protokolları yoxdur. Ancaq xoşbəxtlikdən  qlobal siyasi arenada son zamanlarda mövcud əlaqələri inkişaf etdirmək məqsədi ilə mediasiyanın faydaları haqqında açıqlamalar verilmişdir.

   Müqavilələr bir çoxları tərəfindən sülh müqavilələri kimi düşünülsə də, qeyd edilməlidir ki, tərəflər bir-biri ilə müharibə vəziyyətində deyil . Əksinə,  ölkələr arasında qeyri-rəsmi əlaqələrin və  qeyri-rəsmi əməkdaşğın uzun bir tarixi var. Son vaxtlara qədər bölgədə ən inkişaf etmiş bu ölkələr arasındakı əlaqələrin əsas mahiyyəti, iş imkanları üçün tükənməyən potensial idi.  Normallaşma razılaşmalarından sonra  tanınmamış olduğu zamanlar və aşağı səviyyəli iqtisadi və siyasi əməkdaşlıq dövrü, iqtisadi, təhlükəsizlik, turizm, yüksək texnoloji, səhiyyə və bir çox digər aspektlərdə çox yüksək nəticələrə səbəb olan inkişaf etmiş əlaqələrlə əvəz olunacaqdır. Sazişlər imzalayan dövlətlər üçün həm qazanclı bir nəticəni, həm də daha nikbin bir gələcəyə baxmağı arzulayan bir bölgənin ümid işığını təmsil edir.

  Normallaşma(diplomatik) müqavilələrinin böyük mediasiya effekti yaratması gözlənilir. Artıq digər qonşu ölkələrin də dinc firavanlıq görüşünə qoşulacağı və milyonlarla vətəndaşın vəəssisənin  mövcud olan əməkdaşğı genişləndirə biləcəyi və yeni təşəbbüslər quracağı gözlənilir. Bundan əlavə, müxtəlif mədəniyyətlərdən və dinlərdən olan iş adamları birlikdə işləməklə, beynəlxalq əməkdaşğa və işgüzar potensialın həyata keçirilməsinə əngəl rolunu oynayan mədəniyyətlərarası ziddiyyətlərin aradan qaldırılmasına kömək edə bilərlər.

Mubahise.az saytı üçün tərcümə etdi : Nərminə Hüseynzadə

A- A A+