Bu gün:

Putin Əsədlə görüşdü - Suriyadakı ABŞ və Türkiyə qüvvələrinə zərbə

Putin Əsədlə görüşdü

Mubahise.az xəbər verir ki, Prezident Vladimir Putin bazar etrəsi günü 2015-ci ildən bəri ilk dəfə olaraq Suriya lideri Bəşər Əsədi Moskvada qəbul etdi. Görüşdə BMT  mandatı olmadan Suriyada olan xarici qüvvələr tənqid olundu.

On il davam edən Suriya münaqişəsində Əsədin ən güclü müttəfiqi Putin onu sonuncu dəfə 2018-ci ildə Rusiyada, Qara dəniz sahilindəki Soçi kurortunda  qəbul etdi.

Rusiya Hərbi Hava Qüvvələri 2015-ci  ildə oraya yerləşdikdən sonra Suriya münaqişəsinin gedişatını Əsədin xeyrinə çevirməkdə və üsyançılara itirdiyi ərazilərin çoxunu geri almasında köməkçi rol oynadı.

Münaqişə zamanı İran tərəfindən də dəstəklənən Əsəd, 2011-ci ildə müharibə başlayandan bəri xaricə çox az səfər edib.

Putin  BMT qərarı olmadan Suriyada yerləşən  xarici qüvvələrin dövlətin birləşməsinə əngəl olduğunu söylədi.

Kremlin bəyanatına görə, Putin: “Terrorçulara çox ciddi ziyan dəydi və Sizin başçılıq etdiyiniz Suriya höküməti ərazilərin 90%-nə nəzarət edir” - dedi.

Kreml, Əsədin Rusiya liderinə Suriyaya humanitar yardım göstərdiyinə və “terrorun yayılmasını” dayandırmaq səylərinə görə təşəkkür etdiyini bildirib.

Birləşmiş Ştatlar Suriyaya qarşı sanksiyaları ötən il sərtləşdirərək, məqsədlərinin Əsədi müharibəni dayandırmağa və siyasi həll yolunu qəbul etməyə məcbur etmək olduğunu söylədi.

Suriya dövlət xəbər agentliyi SANA, iki liderin “terrorla mübarizə və hələ də terror təşkilatlarının nəzarətində olan torpaqların azad edilməsinin tamamlanması" mövzusunda Suriya və Rusiya orduları arasındakı əməkdaşlığı müzakirə etdiklərini söylədi.

 

 

A- A A+