Bu gün:

Qanunvericilikdə edilən dəyişikliklər sığorta agentlərinin xeyrinədir? - Ekspert cavablandırır

Qanunvericilikdə edilən dəyişikliklər sığorta agentlərinin xeyrinədir?

Qanunvericilikdə edilən sonuncu dəyişikliklər bir çox sığorta agentlərini narahat etməyə başlayıb.

Lakin sığorta üzrə ekspert İlkin İbrahimov narahatlıq üçün əsas görmür, bu dəyişikliklərin agentlərin xeyrinə olacağını düşünür:

“Qanunvericilikdə edilən sonuncu dəyişikliklər müsbət haldır. Sığorta agentlərinin sığorta şirkətində vəzifə tutması qadağan edilir. Bununla da sığorta agentləri konkret olaraq öz işlərini görəcəklər. Satış üçün sığorta şirkəti ancaq agentlərə müraiət edəcək, onlar da öz qaydalarını müəyyən edəcəklər. Artıq sığorta şirkəti hansısa agenti işə götürə bilməz. Agentə müraciət edən zaman əvvəl-axır komissiya da verəcək, işi də agentlərdən keçəcək”. (fins.az)

A- A A+