Bu gün:

“Rəvan Sığorta” şirkətdəki payını bu şəxslərə satıb

“Rəvan Sığorta” şirkətdəki payını bu şəxslərə satıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv edilən “Rəvan Sığorta” ASC digər təşkilatlardakı paylarını satıb.

Mubahise.az Banker.az-a istinad'n xəbər verir ki, sığorta şirkətinin “Sabah” İstehsalat Kommersiya Firmasındakı payının 45%-ni ana şirkət olan “Nurgün Group”a satıb.

Həmçinin onun payından 2.22%-ni fiziki şəxs Nicat Şəfiyeva satıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 mart 2021-ci il tarixli qərarı ilə “Rəvan Sığorta”ya sığorta fəaliyyətinə verilmiş 15 oktyabr 2009-cu il tarixli, 000271 nömrəli lisenziya ləğv edilib.

A- A A+