Bu gün:

Rusiya agentləri formulu oğurladı - İngiltərədən peyvənd iddiası

Rusiya  agentləri formulu oğurladı

Rusiyanın Oxford/AstraZeneca peyvəndinin formulunu oğurladığı və öz Covid-19 peyvəndi yaratmaq üçün istifadə etdiyi iddia edildi.

Mubahise.az “NTV”-yə istinadən xəbər verir ki, Təhlükəsizlik xidmətləri Rusiya Prezidenti Putinin casuslarından birinin şirkətin həyati əhəmiyyətli məlumatları və peyvənd formulunu oğurladığına dair sübutlara malik olduğunu bildirdi. Bununla birlikdə, Sputnik V peyvəndinin effektivlik faizi yüzdə 97,8, AstraZeneca peyvəndinin isə yüzdə 76 olaraq açıqlandı.

Kəşfiyyatçılar tərəfindən oğurlanan məlumatlarda əczaçılıq şirkəti haqqında əhəmiyyətli məlumatların və AstraZeneca peyvəndinin formulunun olduğu iddia edildi.

Digər tərəfdən, bu il Microsoft da daxil olmaqla bir sıra qurumlar Rusiya  tərəfindən maliyyələşdirilən hakerlərin Covid peyvəndi hazırlayan İngiltərə, ABŞ və Kanada təşkilatlarını hədəf aldığını açıqlamışdı.

A- A A+