Bu gün:

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur.

Mubahise.az-ın  Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis  İdarəsinin təbliğat üzrə inspektoru, polis-leytenantı Rüstəm Muradlıdan aldığı xəbərə görə  bir daha sürücülərin və nəzarət iştirakçılarının nəzərinə çatdırılır  ki, 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq paytaxt Bakıda  Ağ Şəhər Bulvarı istiqamətində  kəsişən bəzi küçə və prospektlərdən avtomobillərin  hərəkətinə məhdudiyyət qoyulur və istiqamətlər  dəyişdirilir.Yəni, Afyəddin Cəlilov,Yusif Səfərov ,V. Zorge, Kövkəb Səfərəliyeva , Puşkin, Səməd Vurğun, Azadlıq,  eləcə də Niyazi, Üzeyir Hacıbəyov, Neftçilər, Azneft və Zərifə Əliyeva, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, 20-ci sahə, Bayıl qəsəbəsi yanından avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Səhər 6:30-dan, tədbir tam başa çatanadək, yəni 14:00-a qədər iştirakçıların rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə qeyd edilən istiqamətlərdə bütün növ avtomobillərin  hərəkətinə tam məhdudiyyət qoyulur.

Əlavə olaraq bildirilir ki, Anım Günü ilə əlaqədar olaraq saat  12:00-da bir dəqiqəlik sükut elan ediləcəkdir.

A- A A+