Bu gün:

Şəhidlərimizin sayı açıqlandı - Rəsmi

Şəhidlərimizin sayı açıqlandı

Vətən müharibəsində Azərbaycanın 2783 nəfər hərbi qulluqçusu şəhid olub.

Mubahise.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumat yayıb

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

 

Qeyd: Şikayətlərinizi bizə yazın.

Telefon: +994 70 290 13 57 (Nömrənin üzərinə klikləyərək "Whatsapp"da yaza bilərsiniz)

Facebook: Mubahise.az

Instagram: Mubahise.az

Youtube: Mubahise.az

Email: info@mubahise.az

A- A A+