Bu gün:

"Şərurlu İsfəndiyar" cərimələndi

|| Oxunma: 515

"Şərurlu İsfəndiyar" kimi tanınan məşhur iş adamı İsfəndiyar Axundov cərimələnib.

"Mübahisə" xəbər verir ki, ona Əmək Müfəttişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə protokolu tərtib olunub.

Belə ki, iş adamı şirkətində çalışan işçilərin ödənişləri ilə bağlı qanun pozuntusuna yol verməkdə təqsirli bilinir.

İddia təsdiqini taparsa, "Şərurlu İsfəndiyar"ı 1500 manatadək cərimə gözləyir.

Qeyd edək ki, işə Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.
 

A- A A+