Bu gün:

Səsin batmasını necə düzəltmək olar? - Səbəbləri, tövsiyələr

Səsin batmasını necə düzəltmək olar?

Səs tonunun dəyişməsi ilə özünü göstərən boğuqluq boğazda qaşınma və quruluqla başlayıb xırıltı, çatlama və səs tonunun böyük dəyişməsi ilə davam edir. Bəs biz bu narahat vəziyyətdən necə çıxa bilərik?

Mubahise.az  “HABERTÜRK”ə istinadən xəbər verir ki, səsin batması səsdəki anormal dəyişikliklər nəticəsində yaranır. Bu halda xırıltı, çatlama və  səs tonunun dəyişməsi müşahidə edilə bilər. Səs tellərinin nizamsızlığı nəticəsində səs tonunda  dəyişikliklər  başlayır.

Ümumiyyətlə, səsin batmasının səbəbləri: laringit-yuxarı tənəffüs yollarında viral infeksiyalar və uzun müddət həddindən artıq qışqırma nəticəsində baş verə bilər. Səs tellərində düyünlərin əmələ gəlməsi böyüklərdə uzun müddət yüksək tondan istifadə, uşaqlarda isə bir fəaliyyət zamanı yüksək səslə qışqırmaq və tondan istifadə nəticəsində görünə bilər. Siqaret çəkmə nəticəsində də səs batması baş verə bilir. İrəliləsə, xərçəngə səbəb ola bilər. Boğazda yaranan narahatlıq nəticəsində səs batması yarandıqda təbii üsullarla müalicə edilə bilər.

Təklif olunan üsullar bunlardır:

  • Bu müddət ərzində alkoqol və siqaretdən istifadənin dayandırılması;
  • Boğaz bölgəsinin yumşaldılması və nəmləndirilməsi;
  • Az danışmaqla səs tellərinin istirahəti;
  • Yatmazdan əvvəl yemək yeməmək;
  • İsti və boğaz yumşaldıcı mayelərin qəbulu;
  • Təzə sıxılmış yerkökü suyunun  içilməsi (ilıq halda).

Bu üsullarla həm boğazda olan infeksiyanın müalicəsi, həm də səs tellərinin bərpası təmin edilir. Bu vəziyyətdən 2-3 həftə keçibsə, udqunmaqda çətinlik varsa, öskürərkən qan görünürsə və qripin yaratdığı ağrıdan başqa ağrılar varsa, qulaq, burun və boğaz hissəsi mütləq müayinə olunmalıdır.

A- A A+