Bu gün:

Sığorta vasitəçiləri işçilərinin attestasiyadan keçirilməsi tələbi qoyulacaq - Qanuna dəyişiklik təklifi

Sığorta vasitəçiləri işçilərinin attestasiyadan keçirilməsi tələbi qoyulacaq

Sığorta vasitəçilərinin  Mərkəzi Bank qarşısında hesabatlılığı müəyyən ediləcək.

Mubahise.az xəbər verir ki, bu, “Sığorta fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziyanın ləğvi və yenidən müraciət halları ilə bağlı müddəalar təkmilləşdiriləcək.

Bundan başqa, sığorta vasitəçiləri işçilərinin attestasiyadan keçirilməsi tələbi qoyulacaq.

Eyni zamanda hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələbi aradan qaldırılır.

Sığorta agentlərinin sığortaçıda vəzifə tutması qadağan ediləcək.  (Apa)

A- A A+