Bu gün:

SOCAR 1,3 milyard dollar kredit aldı

SOCAR 1,3 milyard dollar kredit aldı

"SOCAR Türkiyə" şirkəti1,3 milyard dollar sindikatlaşdırılmış kredit cəlb edib.

Mubahise.az Marja.az-a istinadən xəbər verir ki, Dünyanın iri banklarından "Citibank N.A, London Branch (Citi)" və "JP Morgan Securities plc"nin (JP Morgan) köməyilə cəlb edilən kredit 2021-ci ilin ilin əvvəlindən bu günə qədər Türkiyədə maliyyə xidmətləri sektoru xaricində fəaliyyət göstərən bir şirkət tərəfindən cəlb edilən ən yüksək məbləğli kreditdir.

"SOCAR Türkiyə" şirkətinin İdarə heyətinin sədri Rövnəq Abdullayev bildirib ki, dünyanın güclü maliyyə təşkilatlarının liderliyilə cəlb edilən yenidən maliyyələşmə krediti, qlobal qeyri-müəyyənliklərə baxmayaraq "SOCAR Türkiyə" şirkətinə olan güvənin göstəricisidir. 

Abdullayev qeyd edib ki, cəlb edilən vəsait ilə şirkətin maliyyə vəziyyətini gücləndirəcək.

A- A A+